Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

  • 22:46 - 12 Sentyabr

Həbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

"City Hospital"da müalicə olunacaq.

Qeyd edək ki, T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.


Oxunma sayı: 10781

Oxşar yazılar