"Arsenal" mövsümün ilk matçında qələbə qazandı

  • 19:00 - 12 Sentyabr

Futbol üzrə İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünə start verilib. 

I turun ilk matçında "Arsenal" səfərdə "Fulhem"lə üz-üzə gəlib. London təmsilçilərinin qarşılaşmasında "topçular" qələbə qazanıb - 3:0. 

Görüşdə hesab 8-ci dəqiqədə açılıb. "Arsenal"ın hücumçusu Aleksandr Lyakazet mövsümün ilk qoluna imza atıb. 49-cu dəqiqədə Qabriel Dos Santos, 57-ci dəqiqədə isə Pyer-Emerik Obameyanq fərqlənib. (report)


Oxunma sayı: 7107

Oxşar yazılar