ABŞ-ın büdcə kəsri rekord vurdu

  • 11:43 - 12 Sentyabr

Koronavirus pandemiyası fonunda ABŞ federal büdcə kəsirinin 2020-ci maliyyə ilinin ilk 11 ayı üçün 3 trilyon ABŞ dollarını keçməsi ilə rekord defisit qeydə alınıb.

Bu göstərici ötən ilin büdcə kəsrindən və 2009-cu il maliyyə böhranı dövründəki büdcə kəsrindən 2 dəfə çoxdur. 

Avqust ayı üçün büdcə kəsri 200 milyard ABŞ dolları olub. Bu rəqəm 2019-cu ilin avqust ayındakı kəsri ilə eynidir. Bununla yanaşı avqust ayının həftəsonu başlaması səbəbindən 55 milyard ABŞ dolları dəyərində müavinət ödəmələri iyul ayına keçirilib.

Qeyd edək ki, bundan əvvəlki rekord göstərici 2009-cu ildə qeydə alınmışdı. Belə ki, 2009-cu ilin ilk 11 ayı üçün büdcə kəsri 1.37 trilyon dollar təşkil etmişdi.

BBC


Oxunma sayı: 3675

Oxşar yazılar