"Qalatasaray"ın yeni transferi "Neftçi"yə qarşı oynamayacaq

  • 11:32 - 12 Sentyabr

Türkiyənin "Qalatasaray" klubunun yeni transferi Oqenekaro Etebo Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə matçda iştirak etməyəcək. 

25 yaşlı yarımmüdafiəçinin fiziki hazırlığı qaydasında deyil. Nigeriyalı oyunçu Superliqanın ilk turunda bu gün "Qaziantep"lə matçda da meydanda olmayacaq. 

Etebo hazırda xüsusi proqrama uyğun məşqlər edir. Afrikalı futbolçu ilə yanaşı Emre Akbaba zədə səbəbindən "Neftçi" ilə qarşılaşmanı buraxacaq. 

Qeyd edək ki, "Qalatasaray" Oqenekaro Etebonu İngiltərənin "Stok Siti" klubundan transfer edib. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.  

Report


Oxunma sayı: 5666

Oxşar yazılar