"Qalatasaray" millimizdən imtina edən futbolçunu istəyir

  • 23:33 - 11 Sentyabr

Türkiyənin "Qalatasaray" klubu "Kayserispor"da çıxış edən Hasan Hüseyin Acarı heyətinə qatmaq istəyir.

"Report" "Fanatik" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə Emre Taşdemir və gənc futbolçulardan birini icarə əsasında təklif edib. Tərəflərin bu gün yenidən görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Hasan Hüseyin Acar 2018-ci ildən "Kayserispor"da oynayır. O, 2019-cu ildə Azərbaycan millisindən gələn təklifi geri çevirib. "Qalatasaray" UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələcək. Sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da start götürəcək.


Oxunma sayı: 9967

Oxşar yazılar