Türkiyənin Qara dənizdə tapdığı qaz 7 illk ehtiyacını ödəyəcək - Açıqlama

  • 15:08 - 11 Sentyabr

Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz Qara dənizdə tapılan Tuna-1 qaz yatağl ilə bağlı açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Dönməz Türkiyənin təbbi qazla bağlı xaricdən asılılığına son qoyacaq model hazırlayıb istehsalda həyata keçiriəcəklərini deyib.

“Bunun üçün hazırda mühəndislik fəaliyyətinə başlamışıq. İnşallah hədəfimiz 2023-cü il ərzində Türkiyə Respublikasının 100-cü ilində bu qazı sahilimizə gətirib sistemə bağlqmaqdır. İlk mərhələdə yüksək templi istehsal olmur. Ən yüksək istehsal səviyyəsinə çıxmaq üçün müəyyən müddətə ehtiyac var. Ancaq 2023-cü ildə quruda ilk qaz tədarükünü edəcəyik” – Dönməz deyib.

O, ümumilikdə 30 quyu açmağ planladıqlarını, hazırda bu sahədə iş getdiyini bildirib.

Türkiyəyə 7 il kifayət edəcək təbii qaz Türkiyə Petrolleri Anonim Ortaqlığı şirkəti tərəfindən çıxarılacaq.


Oxunma sayı: 8416

Oxşar yazılar