Türkiyə insansız ordu qurur - Sensasion layihə

  • 18:05 - 10 Sentyabr

Pilotsuz texnologiyanın inkişaf etdirilməsi ilə bağlı dünya ölkələrinin texnologiya şirkətləri rəqabət aparırlar.

Avropa.info xəbər verir ki, gələcəyin texnologiya dünyasında vacib yer tutmaq istəyən Türkiyə də ASELSAN, Türk Hava və Kosmos Sənayesi (TUSAŞ), ROKETSAN və HAVELSAN kimi müdafiə sənayesi şirkətləri bu sahədə vacib işlər görürlər.

HAVELSAN-nın təşkilatçılığı ilə keçirilən Avtonom Dəstəkli Çoxfunksiyalı Döyüş tematikalı “Texnologiya söhbətləri” tədbirində HAVELSAN, ASELSAN, ROKETSAN ve TUSAŞ-ın üzərində işlədiyi layihələr müzakirə olunub.

Proqram təminatı həlli yollarına diqqət verən HAVELSAN hava və quru məkanı ilə yanaşı yerüstü və sualtı platformalar üçün inkişaf etdirdiyi orijinal sistemlər, həll yolları və proqram təminatı vasitəsilə ünsiyyət qura bilən və ümumi tapşırıqları yerinə yetirə biləcək sistemlərin inkişafı üçün vacib layihələr üzərində işləyir.

HAVELSAN sensorları və xüsusi proqram təminatına sahib olan və bir çox tapşırığı avtonom formada yerinə yetirə bilən pilotsuz maşını bu il istifadəyə hazır vəziyyətə gətirməyi planlaşdırır.

Çoxfunskiyalı döyüş sahəsində də çalışan HAVELSAN, bir-biri ilə inteqrasiya oluna bilən, bir çox tapşırıq yerinə yetirən və mərkəzi bir idarəetmə sisteminə məxsus "rəqəmsal əsgərlər" adlanan pilotsuz sistemlərdən "rəqəmsal hərbi birləşmələr" yaratmaq məqsədi qoyub.

Pilotsuz sistemlər sahəsində fəaliyyət göstərən ASELSAN isə inkişaf etdirdiyi mərkəzi fəaliyyət sistemləri və müxtəlif faydalı yüklü inteqrasiya sistemləri isə hələ də təhlükəsizlik qüvvələrinə xidmət göstərir.

Avtonom olmayan sistemlərin avtonom hala gətirilməsi üçün fəaliyyətini davam etdirən ASELSAN artıq istifadə olunmayacaq dəniz sistemlərinə avtonom kit inteqrasiya edərək, təlimlərdə hədəf kimi istifadəsinə töhfə verdi. Digər tərəfdən, tank, qayıq, gəmi sistemlərini də avtonom hala gətirib, inteqrasiya fəaliyyətlərini davam etdirir.

Türkiyə Silahlı Qüvvələrinin ölkədaxili və xarici əməliyyatlarda istifadə etdiyi sursat və raket sistemlərinin memarı ROKETSAN da fəaliyyət sahəsini avtonom sistemlərə yönəldib. 

Müxtəlif texnologiyalar üzərində işləyən ROKETSAN modernizə olunmuş raketlərin və ağıllı döyüş sursatlarının hədəfi səhvsiz kilidləyə bilməsi və zəruri hallarda hədəflər arasında seçim edə bilməsi üçün artıq alqoritmlər hazırlamağa başlayıb. 

Bundan əlavə beyindən alınan siqnallar vasitəsilə avtonom sistemlərə nəzarət edilməsi üçün texnologiyalar üzərində də iş gedir.


Oxunma sayı: 24586

Oxşar yazılar