Die Zeit: “Plana görə Navalnı təyyarədə ölməli idi...” - Əməliyyatı ya QRU, ya da FTX keçirib

  • 14:01 - 10 Sentyabr

Rusiya müxalifətinin lideri Aleksey Navalnı “Noviçok” döyüş təyinatlı əsəb-iflic maddəsinin ancaq xüsusi xidmət orqanlarının sərəncamında olan və yeni modifikasiyası ilə zəhərlənib.

Virtualaz.org xəbər verir ki, bu haqda Almaniyanın “Die Zeit” nəşri Navalnının müayinəsində iştirak edən mütəxəssislərə və ekspertlərə istinadən yazır.

Nəşr bildirir ki, məqsəd Navalnını öldürmək olub, amma siyasətçi “bir sıra xoş təsadüflərin üst-üstə düşməsi nəticəsində” sağ qalıb. Bunlardan biri təyyarə pilotunun çevik reaksiyası və Navalnının halı pisləşən kimi təyyarəni Omskda təcil yerə endirmək qərarı verməsidir. Habelə Omsk xəstəxanasının həkimləri düzgün olaraq Navalnıya təcili şəkildə atrpoin iynəsi vurublar.

Almaniyalı ekspertlər ehtimal edirlər ki, Aleksey Navalnının öldürülməsi cəhdinə Federal Təhlükəsizlik Xidmətinin və ya Baş Kəşfiyyat İdarəsinin (GRU) əməkdaşları cəlb olunublar. Onlar zəhəri ya Navalnının çayına atıblar, ya da fincana sürtüblər. Navalnı uçuşdan əvvəl Tomsk aerportundakı “Venskaya kofeynaya” kafesində çay içib.

“Navalnı təyyarənin göyərtəsində ölməli idi. Ancaq bir sıra təsadüflərdən plan pozulub. Uçuş zamanı siyasətçinin yanında oturanlar onun vəziyyətinin pisləşdiyini görüblər və həyacan qaldırıblar. Təyyarənin kapitanı dərhal Omskda təcili eniş qərarı qəbul edib, aeroportun dispetçeri müvafiq icazəni verib, hərçənd məhz bu vaxtlar kimsə təyyarənin göyərtəsində bomba olduğu haqda yalan məlumat da vermişdi. Yanındakılar təyyarə yerə enənə qədər Navalnının huşunu üstündə saxlaya biliblər, təcili yardım həkimləri isə dərhal müəyyən ediblər ki, müalicəni nədən başlamaq lazımdır və ona zəhərə qarşı atropin iynəsi vurublar”,-qəzet yazır.

Almaniya ordusunun farmakalogiya və toksikologiya İnstitutunun mütəxəssisləri müəyyən ediblər ki, Navalnının zəhərlənməsi üçün “Noviçok” maddəsinin ən yeni modifikasiyası tətbiq olunub. Bu, daha təhlükəli və ölümcül maddədir. Lakin maddənin izlərini alimlər həm Navalnının əlində, həm onun su içdiyi plastik butulkanın boğazında aşkar ediblər.

Qəzetin yazdığına görə, Almaniya hökumtində artıq şübhə etmirlər ki, bu zəhərlənmənin arxasında Kremldən əmr alan Rusiya xüsusi xidmət orqanları dayanır. Bu cür təhlükəli və mürəkkəb kimyəvi silahdan istifadə olunmaqla əməliyyatı ancaq xüsusi xidmət orqanları keçirə bilərdilər. “Noviçok”un iki komponentdən ibarət ən yeni modifikasiyasının istifadə edilməsi hansısa rusiyalı oliqarxın təşkil etdiyi sui-qəsd versiyasını qüvvədən salır. Bu maddəni ancaq xüsusi labaratoriyada hazırlamaq olar və onu ancaq xüsusi təlim keçmiş adamlar tətbiq edə bilərdi.


Oxunma sayı: 22914

Oxşar yazılar