UEFA "Qarabağ" - "Molde" oyununun yerini açıqladı

  • 19:10 - 09 Sentyabr

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" və Norveç "Molde"si arasında keçiriləcək oyunla bağlı qərarını açıqlayıb.

Avropa.info xəbər verir ki, qarşılaşma Kiprin Larnaka şəhərinə təyin olunub.

Oktyabrın 16-da "AEK Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, püşkün nəticəsinə əsasən "Qarabağ" - "Molde" oyunu Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli idi. Amma Norveç klubu Azərbaycan paytaxtından dönüşdə 10 günlük karantinə alınacağı üçün UEFA qarşılaşmanın neytral meydanda oynanılmasına qərar verib.


Oxunma sayı: 7965

Oxşar yazılar