AFFA İntizam Komitəsinin sədri istefa verdi

  • 17:43 - 09 Sentyabr

Tofiq Fətullayev öz istəyi ilə AFFA-nın İntizam Komitəsinin sədri vəzifəsindən ayrılıb.

"Report"un məlumatına görə, bu vəzifə hazırda İntizam Komitəsinin üzvü olan Erkin Hüseynova həvalə edilib.

İcraiyyə Komitəsinin növbəti iclasında İntizam Komitəsinin tərkibi barədə müvafiq qərarın qəbul olunması nəzərdə tutulub.

AFFA-nın rəhbərliyi T.Fətullayevə uzunmüddətli səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib.


Oxunma sayı: 7811

Oxşar yazılar