"Qalatasaray" 5 milyon avroluq təklifi rədd etdi

  • 11:07 - 09 Sentyabr

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" klubu futbolçusu Mbaye Dianye üçün gələn təklifləri geri çevirib. 

Qətərin iki klubu 29 yaşlı senaqallı hücumçu üçün İstanbul təmsilçisinə 5 milyon avroluq təklif göndərib. 

"Sarı-qırmızılar" hər iki komandaya rədd cavabı verib. Klub rəhbərliyi Dianyeni daha yüksək məbləğə satmaq niyyətindədir. 

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

Report


Oxunma sayı: 12409

Oxşar yazılar