Azərbaycan Ordusunun sərrast zərbəsi: düşmənin xaçabənzər bazası indi bu haldadır

  • 18:00 - 07 Sentyabr

İyul ayında Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan Ordusunun düşmənin müdafiə xəttinin dərinliklərində yerləşən bir sıra obyektlərə sərrast zərbələr endirdiyi məlumdur. Müdafiə Nazirliyi bu zərbələrdən bəzilərinin görüntülərini artıq yayıb.

Virtualaz.org xəbər verir ki, indi belə zərbələrdən birinin nəticəsini yenilənmiş Google Maps görüntülərini təhlil edərkən aydın görmək olur. Bu görüntülərə əsasən Ermənistan ordusunun birləşmələrindən birinin qərargahı, kazarmaları və sursat anbarlarının yerləşdiyi bazada xaçabənzər binanın düz ortasında dərin çala açılıb.

 

YouTube-də İlqar Qırıcı adlı bloqer həmin bazanın Google Maps üzərindən əldə edilmiş son görüntülərini paylaşıb.

Məlumatlara görə həmin obyekt Ermənistan ordusunun 3-cü korpusunun 540-cı polkunun qərargah binası və sursat anbarıdır. Həmin obyekt cəbhə xəttinin 7 kilometr dərinliyində yerləşir. “Azeridefence” bildirir ki, obyekt “Harop” kamikadze-dronu ilə vurulub.


Oxunma sayı: 37522

Oxşar yazılar