"Barselona"nın yeni formasını Messi təqdim etdi - FOTO

  • 12:58 - 07 Sentyabr

İspaniyanın "Barselona" klubu yeni formasını təqdim edib. 

Klub üçüncü - alternativ formanı ulduz futbolçusu Lionel Messi ilə təqdim edib. 

Qeyd edək ki, "Barselona"dan ayrılmaq istədiyini bildirən Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin sonuna - 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.

Bir müddət öncə Britaniya mətbuatı Lionel Messinin İngiltərənin "Mançester Siti" klubu ilə anlaşdığını yazmışdı. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

Report


Oxunma sayı: 12860

Oxşar yazılar