Azərbaycan qazının TAP ilə Avropaya nəqlinin sınağı başladı

  • 16:57 - 03 Sentyabr

Azərbaycanın "Şahdəniz-2" qaz-kondensat yatağından çıxarılan təbii qaz Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb.

Avropa.info bildirir ki, qaz Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq.

Mənbələr TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qazın vurulduğunu, eyni zamanda TAP-ın 2021-ci ilin I rübündə tam gücü ilə fəaliyyət göstərəcəyini bildiriblər.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.


Oxunma sayı: 8284

Oxşar yazılar