İranda şahı necə devirdilər: İngiltərənin çevrilişdəki rolu illər sonra ortaya çıxdı – İngilis kəşfiyyatçıdan sensasiyalı etiraflar

  • 11:45 - 19 Avqust

İngiltərə xarici kəşfiyyat orqanı MI6-nın Kiprdəki İran şöbəsinin başçısı Norman Derbişir 1985-ci ildə verdiyi reportajda ölkəsinin İrandakı çevrilişdəki rolunu etiraf edib.

Avropa.info xəbər verir ki, Granada TV-nin 1985-ci ildə çəkdiyi “İmperiyanın sonu: İran” sənədli filmi üçün çəkilən, amma heç vaxt yayımlanmayan reportaj bir araşdırma nəticəsində yenidən ortaya çıxıb.

Reportaja görə, ingilis kəşfiyyatının ABŞ-ı çevrilişdə iştiraka razı salması illərlə çəkib. Bu müddət ərzində MI6 agentləri agent “verbovka” edib, İran parlamenti üzvlərinə peçenye qutularında rüşvət verirdi. MI6 və CİA Müsəddiqi devirmək üçün hətta Şah Rza Pəhləvinin bacısını belə razı salıb.

“Plan Şaha sadiq olduğunu düşündüyümüz şəxslərin şəhərdə radio stansiyası kimi strateji obyektləri ələ keçirməsini ehtiva edirdi” – Derbişir reportajda deyir.

1951-ci ildə hakimiyyətə gələn Müsəddiqin ilk fəaliyyətlərindən biri Anqlo-İran neft şirkətini milliləşdirmək oldu. Agent Derbişir MI6-nın Müsəddiqi devirməsinin əsas səbəbinin sovet orbitinə girməsindən qorxması olduğunu deyib.

İngiltərə ilk çevriliş cəhdində, İngiltərə baş nazir müavini Entoni Eden 1951-ci ildə yüksəkvəzifəli rəsmilərlə məsləhətləşmədən agent Robert Zahnerə İran parlamenti üzvlərinə və digər vacib iranlılara rüşvət vermək tapşırığı verib. 

1,5 milyon sterlinqdən çox pulun xərcləndiyi bu cəhd uğursuzluqla nəticələndi. Daha sonra Derbişirdən zorakılığı da ehtiva edə biləcək alternativ plan hazırlanması istənildi. Derbişir bu məsələ ilə bağlı “Çevriliş 700 min sterlinqə başa gəldi. Bilirəm, çünki mən xərclədim” deyib.

Derbişirin çevriliş planı Müsəddiqin İngiltərə ilə münasibətləri kəsib diplomatlarını və casuslarını ölkədən qovması ilə 1952-ci ilin oktyabrında fiaskoya uğradı. Bundan sonra Derbişir Beyrutdakı CIA rəsmilərinə müraciət edərək, onları razı salmağa çalışdı.

Çevrilişə müsbət baxmayan ABŞ-ın mövqeyi Duayt Eyzenhauerin 1953-cü ildə prezident seçilməsi ilə dəyişdi. Bundan sonra iki ölkənin kəşfiyyatları birlikdə işləməyə başladı. Hətta bir məqamda Derbişir və CIA-dakı həmkarı Stiven Mid Şahın bacısı Əşrəfi Fransanın paytaxtı Parisdə ziyarət edərək, ondan Tehrana gedib qardaşını razı salmasını istədi.

Derbişir 1953-cü ilin aprelində Müsəddiqin polis rəisi general Mahmud Əfşartusun qaçırılmasını təşkil etdiyini, generalın öldürülməsi plana daxil olmadığını deyib.

1953-cü ilin 19 avqustunda uğur qazanan çevriliş cəhdindən sonra Müsəddiq mühakimə edilərək ölənədək ev həbsində saxlanıldı. Derbişirə görə, Müsəddiqin qədəri hakimiyyətə gəldiyi an müəyyən edilmişdi.

İngiltərənin çevrilişdəki rolu bilinsə də, bu günə qədər İngiltərə tərəfindən etiraf edilməmişdi. Reportaj çevrilişdə İngiltərənin rolunun açıq şəkildə etiraf edilməsi baxımından əhəmiyyət daşıyır.

Avropa.info


Oxunma sayı: 71820

Oxşar yazılar