Çempionlar Liqasında təsnifat mərhələsi start götürür

  • 10:00 - 18 Avqust

Çempionlar Liqasında (ÇL) 2020/21 mövsümünün təsnifat mərhələlərinə start verilir.

Avropa.info-nun məlumatına görə, bu gün və sabah I mərhələnin oyunları keçiriləcək.

Əvvəlcə sabah 5 qarşılaşma baş tutacaq və mərhələ adlayan ilk komandalar müəyyənləşəcək. Bu mərhələyə Bakıda keçiriləcək “Qarabağ” - “Sileks” oyunu ilə start veriləcək.

Ertəsi gün 12 cütlük mübarizə aparacaq. Azərbaycan çempionunun II mərhələdəki potensial rəqibləri “Şerif”lə "Fola" məhz avqustun 19-da üz-üzə gələcək.

Təsnifat mərhələləri bir oyundan ibarət olduğundan, qaliblər ÇL-də yoluna davam edəcək. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında aparmalı olacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
18 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Sileks” (Şimali Makedoniya)
21:00. “Legiya” (Polşa) – “Linfild” (Şimali İrlandiya)
22:00. “Dinamo” (Brest, Belarus) - “Astana” (Qazaxıstan)
22:45. “Seltik” (Şotlandiya) – “Reykyavik” (İslandiya)
23:00. “Srvena Zvezda” (Serbiya) - “Europa” (Cəbəllütariq)

19 avqust
19:00. “Ararat” (Ermənistan) - “Omoniya” (Kipr)
20:00. “Molde” (Norveç) - “KuPS” (Finlandiya)
20:30. “Flora” (Estoniya) - “Suduva” (Litva)
21:00. "Çelye" (Sloveniya) - “Dandolk” (İrlandiya)
21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) – "Tirana" (Albaniya)
21:00. “Ferensvaroş” (Macarıstan) - "Yurqorden" (İsveç)
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Riqa” (Latviya)
22:00. “Buduçnost” (Monteneqro) - “Lüdoqorets” (Bolqarıstan)
22:00. “Konnah” (Uels) - “Sarayevo” (Bosniya və Herseqovina)
22:00. “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya)
22:00. “Şerif” (Moldova) - "Fola" (Lüksemburq)
23:00. “Floriana” (Malta) - ÇFR (Rumıniya)


Oxunma sayı: 13113

Oxşar yazılar