UEFA-dan azərbaycanlı hakimə təyinat

  • 21:30 - 17 Avqust

UEFA azərbaycanlı hakim Rəhim Həsənova təyinat verib.

Lüksemburq "Proqress"inin Avropa Liqasının I təsnifat mərhələsində "Enqrodan" (Andorra) - "Zeta" (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüş FIFA referisinə həvalə edilib.

Matçın yan xətt hakimləri Mübariz Haşımov və Pərvin Talıbov olacaq. 4-cü hakim vəzifəsini isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma avqustun 26-da oynanılacaq.


Oxunma sayı: 7833

Oxşar yazılar