Yağ fabriki İngiltərə kəşfiyyatının mərkəzi çıxdı - Məşhur iş adamı ingilis kəşfiyyatının agenti imiş (FOTO)

  • 13:47 - 17 Avqust

Türkiyə Cümhuriyyətinin elanından iki il sonra 1925-ci ildə Adanada tikilən Gilodo Nəbati Yağ Fabrikinin ingilis kəşfiyyatının mərkəzi kimi fəaliyyət göstərməsinə dair iddialar Türkiyə Baş Polis İdarəsinin arxivində öz əksini tapıb.

Avropa.info xəbər verir ki, fabriki tikən Rafael Gilodo və qardaşı Salomon Gilodonun ingilis kəşfiyyatının agenti olmalarını araşdırmaçı yazar Dr. Sərvət Avşar aydınlığa çıxarıb.

Avşarın Baş Polis İdarəsinin arxivində aşkarladığı 11312-11336 nömrəli dosyedə Rusiya bolşevik inqilabından sonra İstanbula köçən biznesmen Rafael Gilodonun barışıq dövründən əvvəl İstanbul və Adanada Türkiyə əleyhinə ingilis kəşfiyyatına xidmət etdiyi haqda məlumat yer alır.

Cümhuriyyətin elanından sonra 1924-cü ildə Adanaya məcburi yaşamağa göndərilən Gilodo qardaşları pambıq ticarəti ilə başladıqları fəaliyyətlərini 1925-ci ildə Gilodo Nəbati Yağ Fabriki quraraq davam etdiriblər.

Sonralar Türkiyə vətəndaşlığını qəbul edən Gilodo qardaşlar İngiltərədən gətirdikləri maşınlarla familiyalarını daşıyan fabrikdə 10 il boyu istehsalla məşğul olublar.

Ancaq xeyli sayda əcnəbinin fabrikə girib-çıxması yerli əhalidə şübhə yaratdı. Kiprli Əhməd Rasimin 1934-cü ildə o dövrün baş naziri İsmət İnönüyə göndərdiyi məktubdan sonra Gilodo qardaşlar Türkiyə kəşfiyyatı MAH və polis tərəfindən izlənilməyə başlandı.

Dr. Sərvət Avşarın ortaya çıxardığı polis hesabatlarında adı keçən fabrikin “İngilis kapitalı ilə qurulan, tamamilə ingilis fəaliyyəti və maraqları çərçivəsində fəaliyyət göstərən sabotaj yuvası olduğu” qeyd olunur.

Gilodo qardaşlara məxsus kimi görünən fabrikin “İngilis kəşfiyyatının Adanadakı gizli şəbəkəsi kimi fəaliyyət göstərdiyi, Adanada pambıqçılığı öldürməyi planladığı, Fələstinə gedəcək alman yəhudilərə yardım mərkəzi olduğu” məlumatı da qeyd olunub.

Seyhan valiliyinin 1933-cü ilin 7 noyabrında Polis Siyasi Şöbəsi və DİN-ə göndərdiyi yazıda belə deyilir: “Adanaya günəbaxan əkini Gilodo tərəfindən soxulub. Buna əsas kimi pambığın yaxşı pul gətirməməsi göstərilir. Pambıqtəmizləmə fabrikini bir müddət boş qalmaqdan qurtarmaq üçün xammal təmin etmişsə də, bunun Adana pambıqçılığını öldürmək üçün ingilislərin qurduğu iqtisadi siyasət olduğundan heç bir formada şübhə yoxdur”.

Türkiyə DİN-nin 1933-cü ilin 5 oktyabrında Seyhan valiliyinə göndərdiyi yazıda Gilodo fabriki işçilərinin casusluqlarını sübut edə biləcək bütün hal və hərəkətlərin izlənilməsi təlimatı verilib: “Vilayətinizdə Gilod fabrikində ingilis sərmayəsi ilə qurulmuş, ingilislərin təftiş və nəzarətində olan müəssisə olduğu, hazırda müdir vəzifəsini icra edən Gilodonun barışıq illərində ingilislərlə işləmiş ingilis agenti olduğu anlaşılıb”.

Avropa.info


Oxunma sayı: 71710

Oxşar yazılar