Çempionlar Liqasında həftənin rəmzi yığması açıqlandı

  • 21:50 - 16 Avqust

UEFA Çempionlar Liqasında bu həftənin rəmzi komandası açıqlanıb.

Avropa.info UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə İspaniyanın “Barselona” klubunu 8:2 hesabıyla məğlub edən Almaniyanın “Bavariya” komandasından 5 futbolçu yer alıb: Robert Levandovski, Tomas Müller,  Filip Koutinyo, Serj Qnabri və Yozua Kimmix. 

Həmçinin İngiltərənin "Mançester Siti" klubunu 3-1 hesabıyla məğlum edən Fransanın "Lion" komandasında 3 futbolçu - Mussa Dembele, Ussem Aya və Antoni Lopeşdir. 

Rəmzi komandaya İspaniya "Atletiko"sundan Joao Feliks, İtaliya "Atalanta"sında Robin Qosens və Fransanın "PSJ" klubundan Markinyos daxil ediliblər. 


Oxunma sayı: 9329

Oxşar yazılar