Türkiyədə insan alveri ilə məşğul olan 22 nəfərlik qrup ələ keçirilib

  • 23:11 - 15 Avqust

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda insan alveri ilə məşğul olan 22 nəfərlik qrup ələ keçirilib.
Avropa.info xəbər verir ki, cinayətkarlar Muğla Şəhəri Təhlükəsizlik İdarəsinin Asayiş şöbə müdirliyi ilə Bodrum prokurorluğu tərəfindən 6 ay davam edən tədqiqatların nəticəsində saxlanılıb. Onlardan 14-ü həbs edilib.
Ölkənin İzmir vilayətində ələ keçirilən qrup liderinin illik gəlirinin 5 milyon türk lirəsi olduğu bildirilir.
Əməliyyat nəticəsində saxlanılan 29 əcnəbi qadın ölkələrinə göndərilmək məqsədilə Türkiyənin Miqrasiya Xidmətinə təhvil verilib.


Oxunma sayı: 8647

Oxşar yazılar