Bu ölkə eşitmə məhdudiyyətli şəxslər üçün maska istehsal edir

  • 22:02 - 15 Avqust

Fransada eşitmə məhdudiyyətli şəxslər üçün maskaların istehsalı başlayıb.

Bu cür maskalar həmin şəxslərə öz həmsöhbətinin dodaqlarını oxumağa imkan verəcək.

Qeyd olunur ki, maska polivinilxlorid plyonkadan hazırlanacaq və mərkəzi hissəsi tam şəffaf olacaq. Maskanın filtrləyici materiyası 20 dəfə yuyulmaya davamlıdır. Maskanın istehsalını həyata keçirən "France Handicap" şirkəti günə 300 maska buraxmağı planlaşdırır.(virtualaz.org)


Oxunma sayı: 10792

Oxşar yazılar