Müdafiə Nazirliyi: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

  • 20:56 - 15 Avqust

Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.


Oxunma sayı: 7866

Oxşar yazılar