İsmayıllıda qadın özünü asıb

  • 21:27 - 15 Avqust


İsmayıllı rayonunda intihar hadisəsi baş verib. 

Hadisə bu gün rayonun Basqal kəndində qeydə alınıb. 

Kənd sakini, 1947-ci il təvəllüdlü Səyyarə Bağırova yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun ağır xəstəliyi ilə əlaqədar bədənindəki ağrılara dözə bilmədiyi səbəbindən özünə qəsd etdiyi bildirilir. 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(apa)


Oxunma sayı: 7503

Oxşar yazılar