Dünyanın ən zəngin futbolçusu klubsuz qaldı

  • 18:52 - 15 Avqust

Bruneyli futbolçu Faik Bolkiax İngiltərə "Lester"indən ayrılıb.

Müqaviləsi başa çatan 22 yaşlı yarımmüdafiəçi klubsuz qalıb.

2016-cı ildə Premyer Liqa təmsilçisinə keçən gənc oyunçu əsas komandada meydana çıxmayıb. O, gənclər liqasının oyunlarında forma geyinib.

Qeyd edək ki, KİV Bolkiaxı dünyanın ən zəngin futbolçusu hesab edir. O, Bruney sultanı Hassanal Bolkiaxın qardaşı oğludur. Ailənin ümumi sərvəti 20 milyard ABŞ dollarıdır. Bu, sonda məhz sözügedən futbolçuya miras qalacaq.(report)


Oxunma sayı: 19746

Oxşar yazılar