Qazax rayonunun Quşçu Ayrım kəndində partladıcı aşkarlanıb

  • 18:38 - 15 Avqust

Avqust 15-də saat 11:40-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Quşçu Ayrım kəndində bir ədəd top mərmisinin döyüş başlığının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Avropa.info-ya bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları ərazidə otlaq sahəsinə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd boş V-30 partladıcısı aşkarlanıb. Həmin partladıcı götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partladıcının tapıldığı yerin ətrafında 24 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 


Oxunma sayı: 4379

Oxşar yazılar