Rus karikaturaçı Aralıq dənizində Türkiyəni durdurmağa çalışan Fransa, Yunanıstan və ABŞ-ı gülüş hədəfinə çevirdi - FOTO

  • 14:44 - 15 Avqust

Rus karikaturaçı Vitali Podvitski Aralıq dənizində Türkiyənin seysimik araşdırma gəmisi Oruc Rəisi durdurmağa çalışan Fransa, Yunanıstan və ABŞ-a istehza edib. 

Avropa.info xəbər verir ki, daha öncə də çəkdiyi karikaturalarla Türkiyənin gücünü göstərən karikaturaçı, bu dəfə Avropa Birliyi ölkələrini gülüş hədəfinə çevirib. 
 

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin senatoru Bob Menendez, Xarici İşlər naziri Mayk Pompeoya yazdığı məktubda Orus Rəis gəmisinin qarşısının alınması və Türkiyəyə qarşı ağır sanksiya həyata keçirmə tələbi irəli sürüb.  

Yunanistan ve Fransa cəbhəsində isə Makronun hərbi qüvvələri artırma haqda açıqlaması və Miçotakisin Türkiyəyə qarşı sanksiya tələbləri gündəmdədir. 
 

Baş verənlərin fonunda, Türkiyənin gücündən və Aralıq dənizindəki mövqeyindən bir addım belə geri çəkilməməsi dünyada təqdirlə qarşılanır. 

Türkiyənin neft axtarışı aparan və seysimik fəaliyyət həyata keçirən Oruc Rəis gəmisini bütün heybəti ilə çəkən rus karikaturaçı, ABŞ və Avropadan edilən təhdidləri balıqçı gəmisi ilə ova çıxanlara bənzədib. 


Oxunma sayı: 28447

Oxşar yazılar