Lukaşenko ilə Putin arasında telefon danışıqları oldu

  • 15:10 - 15 Avqust

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin telefon danışığı aparıblar. Bu haqda Belarusun rəsmi BELTA agentliyi bildirir. Məlumata əsasən söhbət zamanı iki dövlət başçıları Belarusda seçkilərdən sonra yaranmış situasiyanı müzakirə ediblər. 

Bundan əvvəl Lukaşenko avqustun 15-də hökumətin müşavirəsində demişdi ki, onun ölkəsinə xaricdən müdaxilə var və təcili olaraq Putinlə danışmaq lazımdır. Çünki Belarusda yaranmış vəziyyət həm də Rusiyanı təhdid edir. 

*** 

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə danışmaq istəншк. 

Bu barədə "Sputnik Belarus" məlumat yayıb. 

Bildirilir ki, A.Lukaşenko respublikaya qarşı aqressiyanın inkişaf etdiyini və Putin ilə vəziyyəti müzakirə etmək istədiyini söyləyib. 

Onun sözlərinə görə, vəziyyətin inkişafı təkcə Belarusu təhdid etmir: "Dərinliklərdə nə baş verdiyini görürük. Bunu çox yaxşı görürük. Bundan başqa, rəngli inqilabların dərsliklərini oxuduq. Üstəlik, rəngli inqilabların dərsliklərində bir xüsusiyyət var, xarici müdaxilə elementlərinin ortaya çıxması. Müdafiə Nazirliyinin Strateji İdarəetmə Mərkəzində bu barədə danışacağıq”. 

O, həmçinin bildirib ki, Belarusun müdafiəsi Birlik dövlətinin müdafiəsidir, belaruslar tab gətirməsə, dalğaya yuvarlanacaqlar. 

Lukaşenko küçələrdə etiraz edənlərin nə baş verdiyini anlamadıqlarını, sosial şəbəklərdə saxta məlumat və görüntülərin yayıldığını əlavə edib. 

“Onlar artıq mənim Moskvada evimi tapıblar. İndi açıq demək istəyirəm: tapdınız, götürün. Belarusda, kənddə yaşadığım rəsmi iqamətgahdan başqa heç bir əmlakım yoxdur",- deyən Lukaşenko ölkəni tərk etməsinə dair saxta məlumatların yayıldığını diqqətə çatdırıb. 

 


Oxunma sayı: 9989

Oxşar yazılar