"Fərat qalxanı" bölgəsində terror aktı - 1 ölü, 6 yaralı

  • 13:33 - 15 Avqust

Suriyanın şimalında, "Fərat qalxanı" əməliyyatı bölgəsində yerləşən Cərablus şəhərinin mərkəzində bomba qoyulmuş motosiklet partladılıb.

Avropa.info xəbər verir ki, yerli bələdiyyə və xəstəxana qarşısında baş verən partlayışda 1 dinc sakin ölüb, 6-ı yaralanıb.

Hadisə yerinə təhqiqat aparan yerli təhlükəsizlik qüvvələri terror aktının YPG/PKK tərəfindən törədildiyini ehtimal edirlər. 

Qeyd edək ki, YPG/PKK tez-tez Türkiyənin əlində olan Bab, Azez, Cərablus və Afrin bölgələrində terror aktları törədirlər.


Oxunma sayı: 8097

Oxşar yazılar