COVID-19-a qarşı "Sputnik V" peyvəndinin istehsalı başladı

  • 12:38 - 15 Avqust

Rusiya Səhiyyə Nazirliyi, COVID-19-a qarşı peyvəndin istehsalına başlandığını elan etdi.

Avropa.info xəbər verir ki, peyvənd Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Rusiya prezidenti Vladimir Putin Rusiyanın dünyada ilk dəfə COVID-19 profilaktikası üçün bir dərmanın qeydə aldığını açıqladı. Peyvənd "Sputnik V" adını aldı.

Dərmanların dövlət reyestrindən alınan məlumata görə, dərman əzələdaxili inyeksiya üçün istifadə olunacaq. Peyvəndin iki mərhələdə aparılması planlaşdırılır: ilk - I komponentlə, üç həftədən sonra - II komponentlə.

Rusiya Səhiyyə Nazirliyindən verilən məlumata görə, iki qat inyeksiya sxemi iki ilə qədər uzunmüddətli immunitetin formalaşmasına imkan verir.

Şöbə, həmçinin dərmanın klinik mərhələyə qədər və klinik tədqiqatlar haqqında məlumatlar yayıb. 


Oxunma sayı: 6854

Oxşar yazılar