Koronavirusa yoluxmuş azərbaycanlı həkim sağaldı

  • 12:36 - 15 Avqust

Ən ağır koronavirus xəstələrinin müalicə aldığı Azərbaycan Tibb Universitetinin Cərrahiyə korpusunda xəstələrin müalicəsi zamanı virusa yoluxan həkim-reanimatoloq Cavid Paşayev sağalıb.

Avropa.info xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, uzun müddətdir xəstəxanada müalicə alan C.Paşayev bu gün evə buraxılacaq və evdə uzunmüddətli müalicə-bərpa prosesi keçəcək.


Oxunma sayı: 6568

Oxşar yazılar