Prezidentin köməkçisi: "Vətəndaşlar bu güzəştlərdən istifadə edə bilərlər"

  • 11:52 - 15 Avqust

Əgər biz beynəlxalq təcrübədən danşırıqsa, bir məqamı da qeyd etməliyik ki, ölkələr bu prosesdən çıxmaq üçün borclanmaya gedirlər.

Avropa.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu borcları isə gələcək nəsillər qaytarmalıdırılar. Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir. 100-dən artıq ölkə beynəlxalq təşkilatlardan borclar alıb:

"Kommunal məsələyə gəldikdə isə, ölkələrin təcrübəsi fərqlidir. Dövlət Vergi Xidməti tərəfindən müxtəlif formada güzəştlər edilir. Hər bir vətəndaş da etdiyi alış-veriş zamanı bu vergi güzəştlərindən istifadə edə bilərlər. Bu da dövlətimizin vətəndaşlara qayğısının növbəti təzahürüdür. Kommunal xidmətlərdən sui istifadənin olmaması üçün bu model hazırlanıb".


Oxunma sayı: 5710

Oxşar yazılar