Azərbaycanda hansı koronavirus peyvəndindən istifadə ediləcək? – Açıqlama

  • 11:45 - 15 Avqust

“Tibbi qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi qrip peyvəndi, ikinci isə bütün dünyanı bu gün maraqlandıran COVİD-19-a qarşı olan peyvənddir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, peyvənd tamamilə zərərsiz, təsdiqlənmiş peyvənd olmalıdır: “Koronavirus xəstəliyinə qarşı istifadə olunan peyvənd ÜST tərəfindən təsdiq olunmuş peyvənd olmalıdır.

Y. Qarayevanın sözlərinə görə, ötən həftə Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyansının (GAVI) onlayn formatda toplantısı keçirilib: "Azərbaycan da bu toplantıda iştirak edib. Ən tez zamanda təsdiq olunmuş peyvəndin GAVI-dən alınıb ölkəyə gətirilməsi üçün müzakirələr gedir".


Oxunma sayı: 6458

Oxşar yazılar