"Rayonlara gediş-gəlişin açılması müzakirə edilir" – Hikmət Hacıyev

  • 11:39 - 15 Avqust

Hətta rəsmi ezamiyyə vərəqələri ilə rayonlara səfərlərinin epidemioloji vəziyyətə təsiri araşdırılır.

Avropa.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Şöbə müdirinin sözlərinə görə, müşahidələr onu göstərir ki, rayonlara gediş-gəlişin açılması müzakirə edilir: "Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır".


Oxunma sayı: 9186

Oxşar yazılar