Avropa Birliyi Minskə qarşı yeni sanksiyalar hazırlayır

  • 11:26 - 15 Avqust

Avropa Birliyi Belarusdakı prezident seçkilərinin nəticələrini tanımır və onların saxtalaşdırılması və respublikada keçirilən kütləvi etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılığa yol verənlərə qarşı sanksiyalar hazırlamağa başlayır. 

Avropa.info xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell üzv ölkələrin xarici işlər nazirləri ilə video konfransın sonunda bildirib.

Litva Belarusda "repressiya qurbanlarına" dəstək olmaq üçün Avropa fondu yaratmağı təklif edir. Prezident Gitanas Nauseda, hökumət nümayəndələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə milli barışıq forumu təşkil etmək niyyətindədir: 

"Sanksiyalar məsələsi ikinci mərhələdir. İlk növbədə bu təşəbbüsü həyata keçirməyə çalışmaq lazımdır. Günahsız qan töküldüyü hallarda təbii olaraq düşünülən bütün vasitələrdən istifadə etmək lazımdır."

Litvanın təşəbbüsü artıq Latviya, Estoniya və Polşa tərəfindən dəstəklənib. Bundan əlavə, Varşava beloruslara yardım proqramı üçün 11 milyon avro ayıracaq.

"Belorusun gələcəyini yalnız belorusların özləri həll edə bilər. Məqsədimiz bu hüquqdan istifadə edilə biləcəyinə əmin olmaqdır. Buna görə də Belorus hakimiyyətini yeni, azad seçkilər keçirməyə çağırırıq"  - Polşanın baş naziri Mateuş Moravieski deyib.


Oxunma sayı: 4830

Oxşar yazılar