Məktəblər nə vaxt açılacaq? – Prezidentin köməkçisindən açıqlama

  • 11:16 - 15 Avqust

Geniş ictimaiyyətin diqqətində olan tədrisin bərpası kompleks şəkildə araşdırılır və öyrənilir.

Avropa.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu məsələ geniş formada araşdırılır, dünya təcrübəsi izlənilir. Bununla əlaqədar fikirlər Təhsil Nazirliyi tərəfindən valideynlərin, ekspertlərin hətta şagirdlərin iştirakı ilə müzakirə olunur. Hazırda təhsilin bərpası barəsində qərarla bağlı danışmaq tez olardı.

Qeyd etmək istərdik ki, tədrisin başladılması birbaşa epidemolii vəziyyətlə bağlı olan bir məsələdir. Qonşu ölkələrin də bununla bağlı təcrübələri öyrənilir.


Oxunma sayı: 4698

Oxşar yazılar