Pentaqon naməlum uçan obyektləri araşdıracaq

  • 10:59 - 15 Avqust

ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlərin təhqiqatı üzrə işçi qrup yaradır.

Avropa.info xəbər verir ki, işçi qrupun yaradılması barədə qərar 4 avqustda qəbul olunub.

"Müdafiə Nazirliyi naməlum uçan obyektlərin təbiəti və mənşəyi ilə bağlı qavramı yaxşılaşdırmaq üçün UFO İşçi Qrupu yaradır. İşçi qrupun vəzifəsi ABŞ-ın milli təhlükəsizliyinə təhdid yarada biləcək potensialı UFO-ları aşkar etmək, təhlil etmək və kataloqlaşdırmaqdır" - Pentaqonun bəyanatında deyilir.

Qeyd edək ki, İkinci Dünya müharibəsindən bu yana ABŞ bir neçə dəfə bu tip işçi qruplar yaradıb.


Oxunma sayı: 14796

Oxşar yazılar