BMT TŞ ABŞ-ın İran üzrə qətnaməsini rədd etdi

  • 10:26 - 15 Avqust

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana qarşı silah embarqosunu uzatmaq barədə qərar layihəsini rədd etdi.

Avropa.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri Maykl Pompeo bildirib.

Pompeonun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası "beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün məsuliyyət daşıyır", lakin "bu gün Təhlükəsizlik Şurası" İrana 13 illik silah embarqosunun uzadılması ilə bağlı ağlabatan qərarı rədd etdiyi üçün "bu gün də təməl missiyasına sadiq qala bilmədi".

Dövlət katibi hesab edir ki, BMT TŞ "dünyanın ən böyük terrorizm sponsoru olan ölkəsinə silah satmaq və almaq üçün yol açıb".

"ABŞ teokratik rejimin Avropa, Orta Şərq və bütövlükdə dünya qəlbinə təhlükə yaradan silah satmaq və almaq azadlığına sahib olmaması üçün çalışmağa davam etmək niyyətindədir" - Pompeo deyib.


Oxunma sayı: 4137

Oxşar yazılar