Belarusda saxlanılan 32 Rusiya vətəndaşı ölkəsinə qaytarılıb

  • 23:48 - 14 Avqust

Belarusda saxlanılan 32 Rusiya vətəndaşı ölkəsinə qaytarılıb.

Bu barədə ölkənin Baş Prokurorluğunun saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, tutulanlardan birinin Rusiya ilə yanaşı Belarus vətəndaşlığı da olduğundan həmin şəxs respublikada saxlanılıb.

Baş Prokurorluq geri qaytarılma prosedurunun beynəlxalq hüquqlara və iki ölkənin qanunlarına uyğun olduğunu qeyd edib.

“Rusiyalı səlahiyyətli qurumlar bu vətəndaşlar bağlı yaranmış vəziyyətlə məşğul olmağa davam edəcəklər”, - deyə qurumun məlumatında bildirilib.(apa)


Oxunma sayı: 10561

Oxşar yazılar