“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiqlənib

  • 22:02 - 14 Avqust

“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiq edilib.

Avropa.info-nun xəbərinə görə, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Mərkəzi Bank ipoteka kağızının elektron sistemi fəaliyyətə başlayana qədər dövriyyədə olan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları barədə sənədlərin və elektron formada olan məlumatların 6 (altı) ay müddətində İqtisadiyyat Nazirliyinə verilməsini təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi dövriyyədə olan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları, habelə həmin ipoteka kağızlarında dəyişiklik edilməsi və onlara xitam verilməsi barədə məlumatların ipoteka kağızının elektron sistemində yerləşdirilməsini təmin etməlidir.

Qərar müvafiq elektron sistemin fəaliyyətə başlaması ilə eyni gündə qüvvəyə minir.


Oxunma sayı: 4269

Oxşar yazılar