Azərbaycan dövlət büdcəsində 182,4 mln. manatlıq kəsir yaranıb

  • 20:02 - 14 Avqust

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 960,2 mln. manat, xərcləri isə 14 142,6 mln. manat təşkil edib. 

Avropa.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 11,4%, xərcləri isə 7,9% artıb. Hesabat dövründə dövlət büdcəsində 182,4 mln. manatlıq və ya ÜDM-in 0,5%-i qədər kəsir yaranıb. 

 


Oxunma sayı: 14070

Oxşar yazılar