Fransa epidemiyanın ikinci dalağasında – Paris yenidən qırmızı zona elan edildi

  • 17:11 - 14 Avqust

Koronovirusa yoluxma halları yüksələn xətdə artdığından Fransa Parisi yenidən qırmızı zona elan edib.

Avropa.info xəbər verir ki, epidemiyanın ikinci dalğasını yaşayan Fransa hökuməti Paris və Buş-dü-Ron departamentinin yoluxmanın yüksək olduğu qırmızı zona sayılması haqda qərar qəbul edib.

Qərar insan və avtomobil nəqliyyatını məhdudlaşdırmaq, ictimai nəqliyyatı və hava nəqliyyatını azaltmaq, ictimai binaları və virusa yoluxma riskinin yüksək olduğu mağazaları bağlamaq səlahiyyəti verir.

Qərar son iki həftə ərzində yoluxma sayının yüksələn xətti nəzərə alaraq verilib. 

Qeyd edək ki, Avropanın ən çox yoluxma qeydə alınan ölkələrindən biri Fransada indiyə qədər 30 min 263 nəfər Kovid-19-da ölüb. Ümumi yoluxma sayı isə 230 min nəfəri keçib.


Oxunma sayı: 6854

Oxşar yazılar