Belorus zavodlarının fəhlələri Lukaşenkoya qarşı qalxdı

  • 16:12 - 14 Avqust

Belorusun bir neçə sənaye müəssisəsinin işçiləri tətil elan ediblər.

Avropa.info xəbər verir ki, onlar zorakılığa son qoymağı və müxalif namizəd Svetlana Tixanovskayanın qələbəsini tanımağa çağırıblar. Aksiyada iştirak edən müəssisələr arasında MAZ, BelAz, Belorus Metallurgiya Zavodu da var. Ümumrespublika tətili keçirmə çağırışına Minsk metrosu və filarmoniya işçiləri də səs veriblər.

Ümummilli tətil çağırışı bir neçə gündür ki, səslənir. Küçə aksiyalarına tibb işçiləri də qoşulub. Onlar mitinqin dağdılması zamanı xəstəxanalara xeyli ağır şəkildə yaralanmış adamların gətirildiyini deyirlər. Çoxlarını polis şöbələrində, digərlərini təcridxanalarda döyüblər. Təzəcə azad olunan şəxslər bunu təsdiqləyib. Döyülənlərin qışqırıqlarını təcridxanalardan birinin xaricində qohumlarının taleyini öyrənmək üçün gələn Minsk sakinləri eşidiblər.

Saxlanılanları etirazlar və beynəlxalq sanksiyalar fonunda kütləvi şəkildə azad etməyə başlayan DİN başçısı müavini Aleksandr Barsukov ölkənin ən böyük təcridxanalarından birinə gələrək, saxlanılanlardan heç birinin alçaldılmadığını deyib.


Oxunma sayı: 3774

Oxşar yazılar