Goranboyda gizli nişan keçirmək istəyənlər saxlanıldı – Foto

  • 15:47 - 14 Avqust

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avropa.info-ya verilən məlumata görə, avqust ayının 13-də RPŞ-yə rayon ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanlıraq polis şöbəsinə gətiriliblər.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək övladı üçün nişan mərasimi keçirmək istəyib.

Məclis iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.


Oxunma sayı: 5930

Oxşar yazılar