“Türkiyə Əbu-Dabi səfirini geri çağıra bilər” – Ərdoğandan İsrail-BƏƏ anlaşmasına reaksiya

  • 15:33 - 14 Avqust

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazı çıxışında jurnalistlərin suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Aralıq dənizinin şərqində baş verənlərlə bağlı Afinaya xəbərdarlıq edən Ərdoğan BƏƏ-İsrail müqaviləsinə etiraz olaraq Türkiyənin Əbu-Dabidəki səfirini geri çağıra biləcəyini deyib.

“Mülki gəmilərimizə qarşı ediləcək ən kiçik hücumu cavabsız qoymarıq. Ayın 23-dək “Oruc Rəis” gəmisi fəaliyyətini davam etdirəcək. Ümid edirəm ki, kansler Merkel məndən sonra Mitsotakislə də görüşüb. Qərbi Trakya da soydaşlarımızın qəbirlərinə atəş açdılar. Əgər Mitsotakis bu məsələdə beynəlxalq hüquq çərçivəsində davranmazsa, biz soydaşlarımızın ölüsünü də, dirisini də tək qoymarıq. Vaxtı gələndə lazım olanı edərik.

Misiri başa düşməkdə çətinlik çəkirik. Misir bir tərəfdən mənim kəşfiyyatıma burada səhv anlaşılma var, bunları düzəldək deyir. Hazırda kəşfiyyatlarımız arasında danışıqlar davam edir. Misir xalqına qarşı türk xalqının baxışı fərqlidir. Yunan xalqı ilə eyni olması mümkün deyil. Misiri idarə edənlərin bunu başa düşməsi lazımdır. 

Bu proseslərdə Səudiyyə Ərəbistanı da səhv addımlar atır. Bunu xarici işlər nazirinə də dedim.

Bunu da keçirəm. İsrail ilə istər Misir, istər Yunanıstan arasındakı həmrəylik, Fələstinə qarşı addımlar qəbul ediləsi deyil. Xarici işlər nazirinə göstəriş verdim Əbu-Dabi ilə münasibətləri təxirə salma və səfirimizi geri çağırmaq kimi addımlar ata bilərik. Fələstini yedirmədik, yedirmərik”.


Oxunma sayı: 8130

Oxşar yazılar