Eldar Həsənov niyə həbs edildi? – Sabiq nazir açıqladı

  • 14:59 - 14 Avqust

Eldar Həsənovun həbs edilməsi mənim üçün də gözlənilməz oldu.

Avropa.info xəbər verir ki, bu sözləri axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Hersoqovinadakı səfiri Eldar Hümbət oğlu Həsənovun Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq tədbirləri çərçivəsində həbs olunması haqda danışarkən deyib.

Politoloq bildirib ki, istintaqın nəticələrini gözləmək lazımdır:

“İstənilən halda istintaqın nəticəsini gözləmək lazımdır. Yəni istintaq başa çatmamış nəsə demək doğru olmaz. Lakin ümumilikdə onu deyim ki, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov uzun illər mənim həmkarım olub. Həm işgüzar, həm də şəxsi münasibətlərimiz normal olub. Hörmət etdiyim bir şəxsdir. Hər halda yekun qərar istintaqdan sonra veriləcək”.


Oxunma sayı: 5666

Oxşar yazılar