ABŞ-ın Ermənistandakı səfirlik işçilərinə erməni aviaşirkətlərindən istifadə qadağan olundu

  • 13:41 - 14 Avqust

ABŞ-ın Ermənistandakı səfirliyinin işçilərinə Ermənistan hava yollarının xidmətlərindən rəsmi səyahət üçün istifadə etmələri qadağan olunub. 

Avropa.info xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyinin saytında bu haqda xəbərdarlıq dərc olunub:

"2020-ci ilin iyununda Avropa İttifaqı, Ermənistanda qeydiyyatı olan hava daşıyıcılarının təhlükəsizliyi ilə əlaqədar narahatlıqlarına görə, bütün Ermənistan aviaşirkətlərini Aİ Hava Təhlükəsizliyi Siyahısına əlavə etdi. Bu qərar ən azı 2022-ci ilə qədər qüvvədə qalacaq və bütün erməni hava nəqliyyat şirkətlərinin Aİ-yə və ya Aİ daxilində uçuş fəaliyyətini qadağan edir. Bu qiymətləndirməni nəzərə alaraq ABŞ hökumətinin Ermənistandakı işçilərinə rəsmi səfərlərdə erməni aviadaşıyıcılarından istifadə etmək qadağandır ”.

Qeyd edək ki, iyunun 2-də Avropa Komissiyası aviasiya təhlükəsizliyi siyahısını yeniləyib. Siyahıya əsasən Ermənistanda qeydiyyatdan keçmiş bütün aviaşirkətlərin Aİ ölkələrinə uçuşlarına icazə verilmir, evakuasiya və humanitar uçuşlar, habelə tibbi məqsədli uçuşlar istisna olmaqla. Bu aviaşirkətlər təhlükəsizlik araşdırmasından sonra bu siyahıya daxil edilib. 


Oxunma sayı: 9505

Oxşar yazılar