Azərbaycanlı ekspert Makedoniyada təltif olundu – Foto

  • 13:05 - 14 Avqust

Azərbaycanlı ekspert Makedoniya parlamentinin deputatı tərəfindən təltifl olunub.

Avropa.info xəbər verir ki, diaspor üzrə tanınmış ekspert Elnur Eltürk Makedoniya Türk Hərəkat Partiyasının sədri, Makedoniya Parlamentinin deputatı Enes İbrahim tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

E.Eltürkün təltif edilməsinin səbəbi onun Şimali Makedoniya Respublikası və Azərbaycan Respublikası arasında əlaqələrin inkişafına göstərdiyi xidmətlərdir.

Qeyd edək ki, E.Eltürk “Vikipediya”nın milli versiyasının koordinatorudur. O, diaspor sahəsinin inkişafı üçün də mühüm işlər görən şəxslərdən biridir.


Oxunma sayı: 7965

Oxşar yazılar