“Türkiyəyə sanksiyalar tətbiq olunsun” - Amerikalı senatorlardan Pompeoya məktub

  • 12:18 - 14 Avqust

ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin sədri Bob Menenedez və Dövlət, Xarici Əməliyyatlar və Əlaqədar Proqramlar Məclisi Alt Komitəsi üzvü Kris Van Holen dövlət katibi Mayk Pompeoya məktub yazaraq Türkiyəyə sanksiyalar tətbiq etməyi tələb ediblər.

Avropa.info xəbər verir ki, Pompeonun Yunanıstan xarici işlər naziri Nikos Dendiasla görüşündən əvvəl göndərilən məktubda Tramp hökumətinə Türkiyənin gəmilərini beynəlxalq sulardan çıxarması çağırışı edilir və Pompeodan Türkiyəyə qarşı sanksiyalar tətbiq olunması üçün Avropa Birliyi ilə bilikdə işləməsi tələb olunur.

Məktubda əks olunan sonuncu tələbdə Rusiyadan S-400 HHM sistemləri alan Türkiyənin CAATSA qanunu çərçivəsində cəzalandırılması, sanksiyalar qoyulması istənilir.


Oxunma sayı: 4555

Oxşar yazılar