İmişlidə daha 300 aztəminatlı ailəyə yardım paylanıb - Fotolar

  • 20:09 - 13 Avqust

İmişlidə daha 300 ailəyə yardım paylanıb.

İmişli Rayon İcra Hakimiyyəti və Paşa Holding” MMC birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün sovqat aksiyası təşkil edilib. Aksiya iştirakçıları gündəlik ərzaq məhsullarından ibarət 300 ədəd bağlamanı yaşı 65-dən yuxarı tənha yaşayan ahıllara, fiziki məhdudiyyətli şəxslərə, Qarabağ qazilərinə, şəhid və sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə çatdırıb. Tədbir çərçivəsində rayonun Qızılkənd kəndində yaşayan 100 yaşlı Seyidova Səriyyə Mirsəl qızı da ziyarət edilib və ona da sovqat dolu bağlamalar təqdim edilib. Keçirilən belə sosial aksiya ölkəmizdə koronovirus (COVİD-19) pandemiyası dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, şəhid və aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir daha dəstək oldu.⠀

İmişli rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışı əsasında reallaşan aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını ifadə ediblər.

Saleh Qafarlı


Oxunma sayı: 2146

Oxşar yazılar