Türkiyə XİN-dən Birləşmiş Ərəb Əmirliklərinə sərt etiraz

  • 11:49 - 14 Avqust

ABŞ-ın vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri və İsrail arasında diplomatik əlaqələrin bərpası ilə bağlı müqaviləyə Türkiyədən sərt etiraz gəlib.

Avropa.info xəbər verir ki, Türkiyə XİN-nin yaydığı bəyanatda “Ərəb sülh planı”nın BƏƏ tərəfindən birtərəfli olaraq ortadan qaldırılması cəhdi son dərədə narahatedici hal kimi vurğulanıb.

“Zatən ölü doğan və heç bir funksiyası olmayan ABŞ planı vasitəsilə gizli işlər çevirməyə çalışan BƏƏ bu formada Fələstinin iradəsini də heçə saymaqdadır. BƏƏ hakimiyyətinin Fələstin xalqının və hökumətinin rizası ziddinə Fələstin adına İsraillə danışıqlar aparmaq və Fələstin baxımından həyati əhəmiyyət daşıyan məsələlərdə güzəştə getmək səlahiyyəti yoxdur. Öz kiçik maraqları naminə Fələstin davasına xəyanət edərkən, bunu sanki Fələstin üçün göstərilən sədaqət kimi təqdim etməyə çalışan BƏƏ-nin bu riyakar davranışını tarix də, region xalqlarının vicdanı da unutmayacaq və əsla bağışlamayacaq” – bəyanatda deyilir.


Oxunma sayı: 6414

Oxşar yazılar